Qırmızı.az
Kabel televiziya operatorları qiymətləri qaldırdı
Azərbaycanın kabel televiziya operatorları sentyabrın 1-dən baza paketə vahid tarif – aylıq 10 manat – tətbiq edir.
Bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Xatırladaq ki, əvvəl baza paketi üçün aylıq abunə haqqı müxtəlif operatorlarda 7-9 manat arasında dəyişirdi.
Baza TV-paketin qiymətinin artması ilə bağlı məlumatı “B&BTV Communications”, “ATV Plus”, “Smart TV Plus”, “KTV1”, “AileTV” və “Connect” şirkətləri də təsdiqləyib.
Baza TV-paketin hansı dəyişikliklərə məruz qalması məsələsinə gəldikdə isə, hər operatorda bu fərqli olacaq. Məsələn, “KTV1” müəyyən kanallara dil dəstəyini tətbiq edəcək. Belə ki, bu kanalları ingilis, rus, türk və ispan dillərində izləmək imkanı olacaq. “AileTV” abunəçiləri də eyni imtiyazı qazanacaqlar.
Bundan başqa, “AileTV”-nin baza paketi 70 faiz dəyişikliyə uğrayacaq. Şirkət hazırda “Aile+” paketindəki ən populyar televiziya kanallarını baza paketə daxil etmək niyyətindədir. Sentyabrın 1-dən “ATV Plus”, “B&BTV Communications, Connect” operatorlarının baza paketlərində kanalların sayı artırılacaq.
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI