Qırmızı.az
Çaylardakı vəziyyət açıqlandı
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-130, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Sentyabrın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla ongünlük normanın 104 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 39 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 44 m3/s olmaqla, ongünlük normanın 60 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 27 m3/s təşkil edərək ongünlük normanın 37 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma
müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4,
Şirvanda 12, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 28 sm
azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik
müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 sm (2014-cü il sentyabrın 07-də 288 sm), Şirvanda 183 sm (2014-cü il sentyabrın 07-də 133 sm), Salyanda 133 sm (2014-cü il sentyabrın 07-də 70 sm), Bankədə 158 sm (2014-cü il sentyabrın 07-də 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2014-cü il sentyabrın 07-də 26 sm) təşkil edir.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı