Qırmızı.az
Teleqüllə təmirdə
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin mütəxəssisləri tərəfindən Bakı Teleqüllə Kompleksində yenidənqurma işləri aparılır.
Nazirlikdən Publika.az-a verilən məlumata görə,
kompleksin +200 metr səviyyəsindən son nöqtəsi olan +310 metr
səviyyəsinədək olan metal hissəsi təmir edilərək, sintetik lüks
parlaqlıq boyası ilə rənglənib.
Qeyd edək ki, Teleqüllənin metal hissəsinin +230 m. səviyyəsindən
+254 m. səviyyəsinədək olan hissəsində yerləşmiş I və II TV
diapazonlu, 75 Om-luq köhnə antena sistemləri çıxarılıb.
Əvəzində, İtaliyanın “Aldena” şirkətinin istehsalı olan, gücü 35
kVt-lıq yeni 8 mərtəbəli FM antena sistemi layihələndirilib və
hazırda quraşdırılma işləri davam etdirilir.
Nəticədə, bu ilin sonunadək, 87.50-108.00 MHs tezliyində
yayımlanacaq yeni FM radio proqramlarının Bakı şəhəri və Abşeron
yarımadasında, həmçinin ondan 100 km radiusda olan ərazidə inamlı
qəbulu təmin ediləcək.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?