Qırmızı.az
Millət vəkili müəllimlərə dərs keçib
Milli Məclis sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) “Azərbaycan Respublikasında sosial müdafiə sistemi” mövzusunda mühazirə oxuyub.
AMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, mühazirənin
dinləyiciləri qismində ölkənin ali məktəblərinin bu institutda
üçaylıq ixtisasartırma təhsilinə cəlb olunmuş müəllimləri iştirak
ediblər. H.Rəcəbli mühazirəsində Azərbaycan dövlətinin sosial
siyasətinin prioritetlərindən danışaraq vurğulayıb ki, dövlətin
əsas məqsədi öz vətəndaşlarının yaxşı yaşamasını təmin
etməkdir.
Bir çox ölkələrin sosial siyasəti ilə müqayisə aparan deputat qeyd
edib ki, Azərbaycan əksər məsələlərdə, o cümlədən, vətəndaşlarının
sosial rifah halının yaxşılaşdırılması istiqamətində düzgün yol
tutub.
Yoxsulluğun aradan qaldırılması istiqamətində dövlətin həyata
keçirdiyi siyasətdən danışan H.Rəcəbli vətəndaşların məşğulluğunun
təmin edilməsində qarşıya çıxan problemlərə də toxunub.
Sonda H.Rəcəbli dinləyicilərin suallarını cavablandırıb.
Qeyd edək ki, AMİ-də üçaylıq ixtisasartırma təhsilində ölkənin 16
ali məktəbindən 40 müəllim iştirak edir.
-
İKT09:00
Bill Qeytsin "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO