Qırmızı.az
Azərbaycanda yaşı 60-ı ötmüş 370 min işçi var
Azərbaycanda işləyənlər arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,94 faizini (779 763 nəfər) əhatə edir.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Publika.az-a verilən məlumata görə, bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,39 faizini (668 789 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,62 faizini (644 645 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,15 faizini (661 519 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,9 faizini (372 189 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixindən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
Qeyd edək ki, Azərbaycanda işləyənlərin sayı 3 126 905 nəfərə yüksəlib. 2015-ci il sentyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayında əlavə olaraq 13 852 sığortaolunana fərdi şəxsi hesab açılıb.
Gülnar Əliyeva
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO