Qırmızı.az
Məktəblərdə idman yarışları başladı
Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin təşkilatçılğı ilə ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri (oğlanlar və qızlar) arasında kütləvi idman yarışlarına start verilib.
Publika.Az-ın məlumatına görə, martın 11-də Bakı şəhərindəki 242 nömrəli tam orta məktəbdə basketbol üzrə respublika birinciliyi başlayıb.
Martın 12-də start verilmiş voleybol üzrə respublika birinciliyi oğlanlar arasında Bakı şəhərindəki 44 nömrəli, qızlar arasında 18 nömrəli tam orta məktəbdə keçirilir.
Mini futbol üzrə respublika birinciliyi də “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər futbol məktəbində martın 12-də başlayıb.
Martın 13-də Bakı şəhərindəki 129 nömrəli tam orta məktəbdə stolüstü tennis, “Təhsil” Respublika İdman Mərkəzinin 1 saylı şahmat-dama məktəbində dama yarışlarına start verilib.
Yarışlarda paytaxt komandaları ilə yanaşı, respublikanın digər şəhər və rayon ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin komandaları da iştirak edəcək.
Publika.Az
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi