Qırmızı.az
Heydər Əliyev və Zərifə xanımın yaşadığı bina – FOTO
Ümummilli lider Heydər Əliyevin qızı Sevil Əliyeva ulu öndərlə ailəsinin vaxtilə yaşadıqları mənzilin yerləşdiyi küçənin və binanın fotolarını paylaşıb.
Axşam.az-ın xəbərinə görə, S.Əliyeva sosial şəbəkədə qaldıqları evin şəklini yerləşdirərək orada 1962-1982-ci illərdə yaşadıqlarını qeyd edib. Fotolarda həmçinin binanın giriş qapısı, mənzilin eyvanı, Heydər Əliyev və Zərifə Əliyevanın bu binada 1962-82-ci illərdə yaşadıqlarını əks etdirən barelyefləri də görünür.
Xatırladaq ki, Heydər Əliyevin bu binada yaşadığı illər Dövlət Təhlükəsizlik Komitəsində yüksək vəzifədə çalışdığı və Azərbaycanın birinci katibi olduğu dövrə təsadüf edir. 1944-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyətə başlayan Heydər Əliyev 1965-ci ildə DTK sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilib.
1969-1982-ci illərdə isə Heydər Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini daşıyıb.
Həmin şəkilləri təqdim edirik:
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO