Qırmızı.az
DSMF-nin büdcə layihəsi pensiyaçıların sosial müdafiəsini gücləndirəcək
“Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcə layihəsi pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə istiqamətlənib. Fondun 2016-cı il üçün proqnozlaşdırılan 3 milyard 78,6 milyon manat gəlirlərinin 64,3 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,7 faiz olacaq”.
Publika.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcə layihəsi ilə bağlı media mənsublarına açıqlamasında Fondun sədri Elman Mehdiyev deyib.
Fond sədri 2016-cı ildə dövlət büdcəsindən Fonda transfertin məbləğinin cari ildə olduğu kimi 1,1 milyard manat təşkil edəcəyini və gələn il üçün xərclər üzrə nəzərdə tutulan artımın toplanan sosial sığorta haqları hesabına qarşılanacağını qeyd edib. O, bu göstəricilərin çətin proqnozlaşdırılan qlobal iqtisadi proseslər fonunda ölkəmizdə təmin olunan dayanıqlı inkişafın və əhalinin gəlirlərinin artım dinamikasının əyani təzahürü olduğunu, bütün bunların sosial sığorta haqları üzrə proqnozlarda öz əksini tapdığını vurğulayıb.
O, vurğulayıb ki, əhaliyə ödənişlərin 97,1%-ni və ya 2 milyard 923,6 milyon manatını əmək pensiyalarının ödənilməsi üzrə xərclər, 2,9%-ni və ya 87,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək.
Gülnar Əliyeva
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO