Qırmızı.az
Zibildən qaz alınacaq
Azərbaycanda məişət tullantılarının ilk sanitar poliqonu inşa olunur.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, artıq tullantılar basdırılaraq zərərsizləşdirilməsi üçün qazılmış, izolyasiya edilmiş 2 böyük hücrəyə qəbul edilir.
Buradakı tullantı suyu drenaj vasitəsilə toplanılır və təmizləndikdən sonra suvarma və texniki su kimi istifadə edilir. Hücrələr dolduqda onların üzəri xüsusi örtüklərlə bağlanacaq və üzərinə münbit torpaq qatı səriləcək. Bununla poliqon həm yaşıllığı ilə ərazinin ekologiyasına müsbət təsir göstərəcək, həm də ərazidə gözəl mənzərə yaranacaq. Bu hücrələrin sayının 19-a çatdırılması planlaşdırılır.
Tullantıların zərərsizləşdirilməsi prosesində isə bioqazın tutulması atmosferə atılan istilik effekti yaradan qazların azalmasına səbəb olacaq. Həmçinin, bioqaz ərazidə quraşdırılacaq stansiyada emal ediləcək və alternativ enerji kimi elektrik və ya istilik enerjisi istehsal olunacaq.
Ümumilkdə, sanitar poliqonda inşaat işləri 2016-cı ildə təmamilə yekunlaşacaq və müasir infrastruktura malik olacaq.
Balaxanı poliqonunun Avropa standartlarına tam uyğun sanitar poliqon kimi fəaliyyət göstərməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dünya Bankı arasında imzalanmış “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi” layihəsi çərçivəsində beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi ilə poliqonda bir çox tədqiqat işləri aparılıb və layihə sənədləri hazırlanıb.
Gülnar Əliyeva
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı