Nazirlik: “Yarmarkalarda qurbanlıq heyvanlar ucuz satılacaq”
Bizi izləyin

Qırmızı.az

Nazirlik: “Yarmarkalarda qurbanlıq heyvanlar ucuz satılacaq”

Qurban bayramı ilə əlaqədar qurbanlıq heyvanların satış yarmarkalarında təklif olunacaq heyvanların qiyməti bazar qiymətlərindən 20-30% ucuz olacaq.

Bu barədə Publika.az-a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.

Onun sözlərinə görə, qiymətə nəzarət üçün nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bayramdan əvvəl və bayram günlərində monitorinqlər keçirəcək.

“Əvvəldən sahibkarlarla razılıq əldə olunur və ortaq qiymət müəyyənləşdirilir. Qurban bayramı ilə əlaqədar təşkil olunan satış yarmarkalarında qiymətlər bazar qiymətindən 20-30 faiz ucuz olacaq. Bayram günləri nəzarət tədbirləri intensivləşəcək. Sahibkarlar müəyyən edilmiş qiymətdən baha sata bilməyəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm