Qırmızı.az
Həkimlərin sayı artıb, xəstəxanalar azalıb
Hazırda ölkəmizdə həkimlərin sayı 32 min 800 nəfər, orta tibb işçiləri isə 56 min 100 nəfərdir.
Publika.az xəbər verir ki, bu barədə Dövlət
Statistika Komitəsinin “Azərbaycanda səhiyyə, sosial təminat və
mənzil şəraiti” adlı rəsmi statistik məcmuəsində məlumat
verilib.
Statistik rəqəmlər Azərbaycanda həkimlərin sayının artdığını
göstərir. Belə ki, həkimlərin sayı 2001-ci ildə 29 min nəfər,
2006-cı ildə 30 min 600 nəfər, 2012-ci ildə 31 min 400 nəfər,
2013-cü ildə 32 min 300 nəfər, 2014-ci ildə isə 32 min 400 nəfər
olub.
Hazırda ölkəmizdə 566 xəstəxana fəaliyyət göstərir. Bu müalicə müəssisələrində 46 min 400 çarpayı var. Rəsmi nəşrdə bildirilir ki, 2001-ci ildə xəstəxanaların sayı 735, xəstəxana çarpayılarının sayı isə 69 min 900 olub.
Komitənin məlumatında bildirilib ki, xəstəxana və xəstəxana çarpayılarının sayının azalması səhiyyə sahəsində islahatların və mərkəzləşdirmənin həyata keçirilməsi ilə əlaqədardır.
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO