Qırmızı.az
Nazirlik Xalça Muzeyində monitorinq keçirəcək
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Xalça Muzeyinin direktor müavini Asya Şirəliyevanın muzeyin
direktoru Röya Tağıyevanın Xalça Muzeyində mənimsəmələr, vəzifə
səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı səsləndirdiyi
ittihamlara münasibət bildirib.
Trend-in məlumatına görə, nazir jurnalistlərə bildirib ki,
muzeydə bir ay müddətində monitorinq keçiriləcək: “Xalça Muzeyi
böyük muzeydir. Ona görə də mənim qərarım əsasında bir ay
müddətində monitorinq keçiriləcək ki, buraya neçə nəfər insan
gəlib, əməkdaşlar necə işləyir, biletlər necə satılır, hansı
xidmətlər göstərilir və s. Bütün bunlar təhlil olunacaq və ondan
sonra hansısa nəticədən danışmaq olar. Mən deyə bilmərəm ki, orada
hansısa sensasion hadisələr olur, cinayətdən söhbət gedir, pis
xidmətlər var və s. Belə şeylər yoxdur. Xalça Muzeyi bizim fəxrimiz
və fərəhimizdir. Bu muzey haqqında yaxşı fikirlər
formalaşadırmalıyıq, müsbət emosiyalarla yaşamalıyıq. Çünki
dünyanın ən yaxşı Xalça Muzeyi məhz Azərbaycandadır”.
Hər bir kollektivdə problemlərin, narazılıqların ola bilməsini mümkün sayan nazir bildirib ki, dövlət orqanı kimi faktlara və müraciətlərə diqqətsiz qala bilməzlər.
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI