Qırmızı.az
“Baku Bus”dan polislə yaranan insidentlə bağlı AÇIQLAMA
Bu ay istifadəyə verilən “Baku Bus” MMC avtobusları ilə bağlı artıq şikayətlər mətbuatın gündəmindədir. Bir həftə ərzində sürücülərin qaydaları pozması barədə iki məlumat yayıldı.
Belə ki, ilk xəbər “99 JH 244” nömrəli avtobusun sürücüsünün kartı olmayan sərnişinlərdən 20 qəpik alması, hətta bunun üçün bir konduktor da “təyin” etməsi idi.
İkinci fakt 1 nömrəli marşrut avtobusun sürücüsü ilə mülki geyimdə olan polis arasında yaşanan mübahisədir. Sürücü ondan ödəniş etməsini istəyib. Həmin şəxs isə polis əməkdaşı olduğunu deyərək vəsiqəsini təqdim edib. Lakin sürücü həmin şəxsin mülki geyimdə olmasını əsas gətirib və mübahisə böyüyüb. Nəticədə, bir sərnişinə görə sürücü avtobusu saxlayıb və idarə etməkdən imtina edib. Sərnişinlərin etirazından sonra sürücü yoluna davam edib.
Bəs kimlər “Baku Bus” avtobuslarına ödəniş etmədən minə bilər?
Məsələ ilə bağlı “Baku Bus” MMC-dən bildiriblər ki, xidməti vəzifəsini icra edən Daxili İşlər Nazirliyinin əməkdaşları - post-patrul xidməti, mühafizə polisi qanunvericiliyə əsasən gedişhaqqı ödəmir. Bu barədə sürücülər də məlumatlıdır.
“Həmin şəxs xidməti vəzifəsini mülki geyimdə də icra edə bilər. Bu zaman vəsiqəsini təqdim edərək avtobusdan pulsuz istifadə edə bilər. Sürücülər də bu şəkildə təlimatlandırılıb. Həmin hadisədə sərnişinin vəsiqə təqdim edib-etməməsi araşdırılacaq. Bir müddət əvvəl də belə bir şikayət olmuşdu, araşdırılsa da, təsdiqini tapmadı”.
MMC-dən sürücünün avtobusu idarə etməkdən imtina etməsinə də aydınlıq gətirilib:
“Ola bilər ki, bu hadisə vaxtı bir dəqiqə gecikmə olsun. Bu məqamda sürücülərə təlimat verilib ki, qarşı tərəf mülki geyimdədirsə, ödəniş etmədən keçmək istəyirsə, vəsiqəsini təqdim etməlidir. Amma təqdim etmirsə, onunla mübahisə etməməlidir. Nə intervala təsir etməli, nə də sərnişinlərin haqqını pozmalıdır. İstərdik ki, bu məsələdə ictimai qınaq olsun. İstənilən halda bu məsələni araşdıracağıq”.
Kartı olmayan sərnişinlərdən 20 qəpik alınması məsələsinə gəldikdə, bu məsələnin artıq araşdırıldığını bildiriblər:
“Bu məlumatda avtobusun nömrəsi var idi, müşahidə kamerasındakı görüntülərə baxdıq, həmçinin sürücü ilə söhbət etdik, lakin bu fakt təsdiqini tapmadı”.
Gülxar
-
Bilgi.az13:56
Bir rolla tarixdə qalan aktyor: "Şofer Əhməd" ölümündən əvvəl son şəkli kiminlə çəkdirib?
-
Dünya13:31
Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər
-
Maraq dünyası12:31
İndiyədək görünməyən məbləğdə kirayə müqaviləsi bağlandı - Fantastik rəqəm
-
Region11:51
İrəvanda qarşıdurma: Polislə etirazçılar toqquşdu - VİDEO
-
Yaxın Şərq11:31
ABŞ-ın yeni “qan çanağı” planının DETALLARI: Türkiyə ilə sərhəddə “kiçik İsrail” yaradır
-
ABŞ11:06
Hər şey ABŞ-Rusiya müharibəsinə aparır: Bayden bu qadağanı ləğv edir
-
Dünya10:50
Putin təsdiqlədi: Bu qədər pul Türkiyəyə bağışlandı
-
Sosial10:20
Azərbaycanın ən qorxulu kəndi: Bütün sakinlər nədən qaçıblar? - VİDEO