Qırmızı.az
Təhsil Nazirliyi təlimçi axtarışında
Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və ibtidai sinif müəllimliyi ixtisasları üzrə təlimçi seçimi üçün müsabiqə elan edilib.
Publika.az xəbər verir ki, təlimçilər Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi fənn müəllimlərinin ixtisasartırma proqramında fəaliyyət göstərəcək.
Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın 15-dən gec olmayaraq özü haqqında şəxsi məlumatı (CV) [email protected] elektron ünvanına göndərməlidir.
Müsabiqədə iştirak üçün ali təhsil, ən azı 3 il pedaqoji iş
təcrübəsi, tədris etdiyi fənn üzrə yüksək bilik səviyyəsi, kompüter
bilikləri, Azərbaycan dilində səlis nitq, komandada işləmək və
əməkdaşlıq bacarığı, məsuliyyət, tələbkar və dəqiqlik tələb olunur.
Namizədlərin xarici dil bilməsi arzuolunandır.
Tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibədən
keçən şəxslər təlimçi bacarıqlarını inkişaf etdirmək üçün Təhsil
Nazirliyinin təşkil etdiyi müxtəlif təlimlərə cəlb olunacaq və
uğurlu namizədlər ixtisasartırma proqramları üzrə təlimçi statusu
qazanacaqlar.
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var