Bakı-Sumqayıt yolundakı çat mərkəzə tərəf genişlənib - BÖYÜK TƏHLÜKƏ
Bizi izləyin

Qırmızı.az

Bakı-Sumqayıt yolundakı çat mərkəzə tərəf genişlənib - BÖYÜK TƏHLÜKƏ

“Bakı-Sumqayıt yolunda baş verən sürüşmədə fəallaşma müşahidə edilir. Artıq yolda baş verən çat Bakı-Sumqayıt magistralının mərkəzinə tərəf genişlənib”.

Bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

“Yəqin ki, Bakıdan Sumqayıta gedəndə ağırlıq Avtovağzal tərəfə düşdüyünə görə həmin sahədə sürüşmə aktivləşib. Biz səbəbi təxmin edə bilirik. Lakin daha doğru nəticə üçün yolu çəkənlər necə konstruksiya qurduqları, yolu necə çəkdikləri barədə məlumat verməlidirlər. Bundan sonra sürüşmənin nə üçün sol istiqamətdə hərəkət etdiyini müəyyən edə bilərik”, - deyə Ə.Piriyev əlavə edib.

Onun sözlərinə görə, sürüşmə bu istiqamətdə davam edərsə, bu yoldan istifadə təhlükəli ola bilər: “Yolu yenidən düzəltmək lazımdır. Orada yenidən kəmər çəkmək düzgün deyil”.

Baş geoloqun sözlərinə görə, ötən gün üçüncü istinad divarının baş tərəfində daşlar uçub: “Birinci istinad divarı Avtovağzal istiqamətindədir ki, orada ilk gündən çatlar yaranmışdı. Üçüncü istinad divarı əsas trasla yol arasındadır və onun baş tərəfində uçma var”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm