Qırmızı.az
Bakı küçələrindəki kanalizasiya quyuları təmizlənir
.jpg?v1659936113)
Bakı şəhərinin küçə və prospektlərində səth normal sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya quyularının təmizlənməsi işləri həyata keçirilir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az- a verilən məlumata görə, işlər çərçivəsində yol kənarlarında yerləşən yağış barmaqlıqları çıxarılır, yağış-kanalizasiya quyularının içərisi təmizlənir. Bundan başqa, yağış barmaqlıqları olmayan yerlərdə yeni barmaqlıqlar qoyulur, dəyişilməyə ehtiyac olanlar isə yeniləri ilə əvəzlənir. Bu tədbirlər “Azəryolservis” ASC-nin balansında olan və yağış-kanalizasiya sisteminin olduğu bütün küçə, prospektlərdə aparılır.
Həmçinin Ziya Bünyadov, Tbilisi, Azadlıq, Neftçilər, Heydər Əliyev və Nobel prospektlərində, Həsən Əliyev, Səməd Vurğun, Salamzadə, Bakıxanov, Ağa Nemətulla,Təbriz küçələrində, həmçinin Lökbatan dairəsi-Bibiheybət yolu, Binəqədi şosesi və Hava limanı istiqamətində başlanılan işlər artıq yekunlaşmaq üzrədir. Bu istiqamətdə işlər, nəinki paytaxt Bakının küçə və prospektlərində, həmçinin respublikanın bütün avtomobil yollarında da həyata keçirilir. Belə ki, körpülər yerləşən ərazidə çayların yataqları, suötürücü boruların giriş-çıxış hissələri və küvetlər təmizlənir.
Gülnar Əliyeva

-
Avropa08:13
Fransa Pentaqonun yeni taktikasını DEŞİFRƏ ETDİ
-
Ekologiya07:17
Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Sosial00:40
DTX-dan əməliyyat: tanınmış broker HƏBS EDİLDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ifrat yorğunluğa düçar olacaqsınız
-
Avropa7 Avqust 22:49
Conson Londondakı evini satışa çıxardı - Məbləğ AÇIQLANDI
-
Yaxın Şərq7 Avqust 22:13
Misirin vasitəçiliyi ilə İsrail və Fələstin atəşkəsi qəbul etdilər
-
MDB7 Avqust 21:49
Toyda KURYOZ OLAY: 55 minlik üç zərf yoxa çıxdı
-
Nəqliyyat7 Avqust 21:31
Bakı-Quba yolundakı tıxacla bağlı DYP-dən AÇIQLAMA - VİDEO/YENİLƏNDİ