Bakı-Sumqayıt yolunda TƏHLÜKƏ böyüyür
Bizi izləyin

Qırmızı.az

Bakı-Sumqayıt yolunda TƏHLÜKƏ böyüyür

Bakı-Sumqayıt yolunda baş verən çökmənin ərazisi genişlənib.

Bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Ə.Piriyev bildirib ki, sürüşmə aktiv fazadadır, çatlarda genişlənmə müşahidə olunur.

“Mən sonuncu dəfə şənbə günü ərazidə olmuşam, əməkdaşlarımız isə hər gün əraziyə baş çəkirlər. Çatlarda hər gün dəyişiklik qeydə alınır. Hazırda ərazidə bərkitmə işləri aparılır”.

Baş geoloqun sözlərinə görə, son iki gündə yağışların intensivliyi azalsa da, yağışlar nəticəsində və ümumiyyətlə, ağırlıq qüvvəsinin təsiri nəticəsində çatlarda genişlənmə olub.

Ə.Piriyev bildirib ki, bundan sonra çatlarda hansı dəyişikliklərin baş verə biləcəyini müəyyən etmək üçün ərazidə işlər aparılmalıdır. Baş geoloq əlavə edib ki, sonradan baş verən proseslərlə yanaşı yolun necə tikilməsinin də çökmənin bundan sonrakı vəziyyətinə təsiri ola bilər. Lakin bunu mütəxəssislər müəyyən etməlidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm