Qırmızı.az
Sürücülük vəsiqəsi olmadan maşın idarə edənlər həbs olunacaq
Azərbaycanda nəqliyyat vasitələrinin idarəetmə hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib.
Publika.az xəbər verir ki, Milli Məclis bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 152-ci maddəsinə əlavələr edib.
Əlavələrə görə, ümumi istifadədə olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Digər əlavəyə əsasən, nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Bundan başqa, nəzərdə tutulan xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Vasif Həsənli
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR