Qırmızı.az
196 min manatlıq mənimsəmə - nazirliyin əməkdaşları tutuldu
“Ağstafa rayonu M.Mikayılov adına Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC-nin fəaliyyətində yol verilmiş qanun pozuntularına dair Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, araşdırmalar zamanı qeyd olunan cəmiyyətin sabiq direktoru Mansır Mansırovun və MMC-nin digər vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əmək haqqı və müqavilə öhdəlikləri adı ilə pul vəsaitlərinin saxta sənədlər tərtib etməklə mənimsəmələri, eyni zamanda 3486 baş xırdabuynuzlu heyvanların ölüm və məcburi kəsim aktlarının qəsdən uçotdan gizlədilməsi yolu ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə onlara etibar edilmiş ümumilikdə 196 min manat məbləğində vəsaiti mənimsəmə və israf etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Göstərilən faktlarla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR