Daha bir qalmaqallı həbs xəbəri yayıldı
Bizi izləyin

Qırmızı.az

Daha bir qalmaqallı həbs xəbəri yayıldı

Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən olaylarla bağlı həbslər davam edir.

Mia.az-a daxil olan xəbərə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, aparat rəhbərinin kabineti möhürlənib. V.Zeynalovun evində və bağında axtarış aparıldığı bildirilir.

Qeyd edək ki, V.Zeynalovun həbsinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovla əlaqəli məsələ olduğu söylənilir.

V.Zeynalovun qəbul otağına etdiyimiz zənglərə isə cavab verən olmadı.

Məsələylə bağlı Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirovla əlaqə saxladıq. M.Əmirov Publika.az-a özünün hazırda işdə olmadığını, məlumatın isə həqiqətə uyğun olmadığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm