Qırmızı.az
Azərbaycanı Avropa Məhkəməsində kim təmsil edəcək?
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı ilin aprelində keçiriləcək yaz sessiyasında Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki hakiminin təyinatı məsələsinə baxılacaq.
"Report" xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə açıqlamasında belə deyib.
Ç.Əsgərov bildirib ki, Azərbaycan 2016-cı ilin yanvarınadək hakimliyə üç namizədini müəyyənləşdirəcək və siyahını AŞPA-ya təqdim edəcək. Onun sözlərinə görə, Məhkəmə Hüquq Şurası hakimliyə namizədlərin seçilməsi üçün müsabiqə elan olunub və hazırda müsabiqə davam edir.
Qeyd edək ki, 2003-ci ildən Azərbaycanı Avropa Məhkəməsində təmsil edən X.Hacıyevin səlahiyyət müddəti bu ilin oktyabrın 31-də başa çatır.
Azərbaycan hökuməti bu ilin aprelində Avropa Məhkəməsinin hakimi vəzifəsinə üç namizəd irəli sürüb. Namizədlər Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygun Abdullayeva və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışova olub.
AŞPA-nın Alt Komitəsi namizədləri qəbul etməyib və siyahını geri qaytarıb.
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO