Qırmızı.az
Lənkəranda evlər su altında qaldı, 150 ailə köçürüldü
Lənkəranda yağışlar davam edir, 150 ailə təxliyə
olunub.
Bu barədə Publika.az-a Lənkəran Şəhər İcra
Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları
ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev məlumat verib.
O bildirib ki, indiyə qədər 150 ailə köçürülüb, əhalinin
təxliyəsi davam edir: “Vilvan kəndində dəmir, İstisu qəsəbəsində
beton körpünü su dağıdıb. Dağ kəndlərinə gedən yollarda maneələr
yaranıb, torpaq sürüşməsi nəticəsində yollarda keçilməz yerlər
əmələ gəlib, nəqliyyat əlaqəsi kəsilib”.
Səviyyəsi 12-14 metrə qalxan Lənkəran çayının üzərindən keçən
körpülərin əksəriyyətinin dağıldığını deyən şöbə müdiri elektrik
dirəklərinin yıxıldığını qeyd edib. Hazırda rayon ərazisində
elektrik enerjisinin verilişi də dayandırılıb.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, rayon ərazisinə yağan yağışlar nəticəsində bəzi cökək ərazilərdə olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini və yolları su basıb. Hazırda nazirliyin Cənub Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri qeyd olunan ərazilərdə müvafiq tədbirlər həyata keçirir.
Rübabə
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bavariya"nın baş məşqçi postuna yeni favorit BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO