66 nəfər zəhərləndi
Bizi izləyin

Qırmızı.az

66 nəfər zəhərləndi

Sentyabr ayı ərzində sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 39 qida zəhərlənməsi qeydə alınıb, 66 nəfər zəhələnib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 29 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 1 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 254, mikrobioloji göstəricilərinə görə 219 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 4 nümunədə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evləri və iaşə müəssisələrindən 885 yaxma götürülüb, yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilməyib.

Sentyabr ayı ərzində 2 botulizm hadisəsi baş verib, 2 nəfər zərər çəkib. Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm