Güclü yağış yağacaq - HAVA PROQNOZU
Bizi izləyin

Qırmızı.az

Güclü yağış yağacaq - HAVA PROQNOZU

Sabah Azərbaycanın bəzi ərazilərində intensiv yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10, gündüz 12-14 dərəcə isti olacaq.

Noyabrın 8-də Azərbaycanın bölgələrinin bəzi yerlərində yağış yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərində duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm