Qırmızı.az
Ramil Usubov Əfqanıstanın xarici işlər naziri ilə görüşüb
Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir Z.A.Osmani
ilə yenidən görüşməsindən məmnunluq duyduğunu, ortaq tarixi
dəyərləri və ənənələri bölüşən xalqlarımız arasında münasibətlərin
hazırda hər iki ölkənin prezidentlərinin siyasi iradəsinə uyğun
olaraq uğurla inkişaf etdiyini diqqətə çatdırıb, bu səfərin birgə
əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcəyini
vurğulayıb.
Daha sonra R.Usubov rəhbərlik etdiyi qurumun funksional vəzifələri
və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində ölkəmizdə
hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum barədə qısa
məlumat verib. Nazir deyib ki, yalnız ulu öndər Heydər Əliyevin
xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra
onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində köklü
islahatlar həyata keçirilib, sabitlik, əmin-amanlıq bərpa edilib,
kriminogen durum nəzarətə götürülüb, ölkəmizə xarici sərmayənin
axını üçün münbit şərait yaradılıb.
Əfqanıstanın beynəlxalq təşkilatlarda həm Dağlıq Qarabağ, həm də
digər məsələlərdə Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə
etdiyini yüksək qiymətləndirən general-polkovnik R.Usubov iki
ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları arasında
əlaqələrin yaradılması, transmilli mütəşəkkil cinayətkarlığa,
xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı səmərəli mübarizə
aparılması məqsədi ilə "Azərbaycan Respublikası Hökuməti və
Əfqanıstan İslam Respublikası Hökuməti arasında təhlükəsizlik
sahəsində əməkdaşlığa dair Saziş" layihəsinin hazırlanaraq qarşı
tərəfə göndərildiyini xatırladıb.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən Z.A.Osmani
qarşılıqlı səfər və görüşlərin hər iki qardaş və dost ölkə arasında
bütün sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verəcəyini
vurğulayıb, qeyd olunan saziş layihəsinin tezliklə imzalanacağına
əminliyini bildirib.
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama