Qırmızı.az
Bakıda qlobal formatlı “Startup Weekend” keçiriləcək
Aprelin 18-20-də Bakıda qlobal formatlı “Startup Weekend” tədbiri keçiriləcək.
Tədbir müstəqil mütəxəssislər, “Startup Weekend” Qlobal Forumu tərəfindən təşkil edilən, Yüksək Texnologiyalar Parkının, “Startup Azerbaycan” və digər sponsorlarun dəstəyi ilə baş tutacaq.
Tədbir çərçivəsində sahibkarlar, startap entuziastları, marketerler, dizaynerlər və proqramçılardan ibarət komandalar yaradılacaq.
Komandalar innovativ texnologiyalar əsasında startaplar quracaq və münsiflər heyəti qarşısında təqdimatla çıxış edəcəklər.
Tədbirin təşkilatçılarından biri olan Nail Vəliyevin sözlərinə görə, komandalar 54 saat ərzində qeyri-ənənəvi sahə üzrə innovativ, kreativ ideyalara söykənən minimal işlək məhsul yaratmağa cəhd göstərməlidirlər.
“Yarışda iştirak edən komandaların üç gün ərzində startapı tam formalaşdıraraq işlək halda təqdim etmələri və ümumilikdə prosesin effektivliyini təmin etmək üçün iştirakçılara “mentor” statuslu peşəkarlar tərəfindən məsləhətlər veriləcək”,-deyə, o bildirib.
Onun sözlərinə görə, tədbirdə iştirak etmək üçün müvafiq şərtlər də nəzərdə tutulub.
O bildirib ki, ilk növbədə irəli sürülən şərt isə ingilis dilini bilməkdir.
“Həmçinin tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçərək tədbirə bilet də alınmalıdır. Adətən “Startup Weekend”-də iştirakın qiyməti $75-$150 arasındadır. Biletə 3 gün ərzində 7 dəfə yemək və qəlyanaltılar, kofe və bizim sponsorlardan eksklüziv fürsətlər daxildir: “Bilet üçün biz iki variant nəzərdə tutmuşuq. Əgər bilet üçün ödəniş kredit kartı ilə olarsa, 35 dollardır. Əgər bilet nağd alınarsa, qiyməti 25 manat təşkil edir”,-o qeyd edib.
Qeyd edək ki, komandaların fəaliyyəti peşəkarlar tərəfindən qiymətləndirilir. Belə ki, texniki və startup sahələrində çalışan liderlər tədbirdə ekspert və hakim olaraq iştirak edirlər. Bunun üçün biznes və startup mühitində kifayət qədər tanınan beynəlxalq investorlar Hüseyn Kanji, Alper Çelen kimi mütəxəssislər iştirak edəcəklər. Həmçinin münsiflər heyətində Yüksək Texnologiyalar Parkının rəhbər nümayəndələri də təmsil olunacaq. /Gün.az/
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ