Qırmızı.az
Seysmoloji Xidmət Mərkəzi iclas keçirib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) elmi-texniki şurasının iclası keçirilib.
Mərkəzin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda
geologiya-mineralogiya üzrə elmlər doktorları Q. Yetirmişli və F.
Qədirovun Azərbaycan Respublikasının Elm sahəsində Dövlət
Mükafatına təqdim edilməsi, Nazirlər Kabinetinin 2013-cü il 16 iyul
tarixli “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının
keçirilməsi Qaydaları”na əsasən AMEA rəyasət heyətinin qərarına
uyğun olaraq, RSXM-də keçirilən attestasiya barədə məsələlərə
baxılıb.
Həmçinin bu il mayın 29-dan 31-dək Bakıda keçiriləcək “ANTİLOP”
proqram sistemi qrupunun VI Beynəlxalq konfransına hazırlıq,
2014-cü ildə mərkəzdə keçiriləcək elmi seminarların gündəliyi və
qrafikinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.
Mərkəzin baş direktorunun elmi məsələlər üzrə müavini, fizika -
riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayevin namizədlərlə bağlı
məruzəsindən sonra elmi-texniki şuranın üzvləri yekdilliklə
geologiya-mineralogiya üzrə elmlər doktorları Q. Yetirmişli və F.
Qədirovun Azərbaycan Respublikasının Elm sahəsində Dövlət
Mükafatına təqdim edilməsi təklifini dəstəkləyibşlər.
Müzakirələr zamanı, həmçinin RSXM-də çalışan doktorantların elmi
işlərinin hazırlıq vəziyyətinə toxunulub və onların cari ilin
mart-aprel aylarında hesabat məruzələrini təqdim etmələri barədə
qərar qəbul olunub.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı