Qırmızı.az
Nazirliyin rəsmisi etiraf etdi: “Onların sayı çox azdır”
“Bu gün dərsliklərin hazırlanmasında müəllif çatışmazlığını müşahidə edirik. 2008-ci ildən bu proses tender yolu ilə həyata keçirilsə də, bəzi fənlərə müraciət edən olmurdu. Fransız dili dərsliyi ilə bağlı tenderə müraciət edən olmamışdı. Nəticədə sifariş verərək yazdırdıq”.
Publika.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev deyib.
O, müəllimləri dərslik yazma prosesinə cəlb etmək üçün iş aparıldığını bildirib: “Biz dərslik yazmaqla bağlı təcrübəni yeni-yeni qazanırıq. Bu gün dərslik yazmağa cəlb ediləcək mütəxəssislərin sayı çox azdır. Müəlliflər dərslik yazılma prosesinə aktiv iştirak etmir. Bu günlərdə akademiyanın 70 illik yubileyi ilə bağlı tədbirdə nazir Mikayıl Cabbarov akademiya üzvlərini əməkdaşlığa dəvət etdi. Dünyada belə bir təcrübə var ki, müəllimlərin dərslik yazmağa cəlb edilməsi üçün əvvəlcə onlar öyrədilməlidir. Biz də bu ənənədən bəhrələnirik və müəllimlər üçün bu günlərdə 10 günlük təlim təşkil etmişik. Xarici mütəxəssislər müəllimlərə təlim keçəcək. Bu işlərlə dərslik müəllifləri sahəsində əsaslı irəliləyişə nail olacağıq”.
Gülxar
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO