Bu gün kişilərin günüdür
Bizi izləyin

Qırmızı.az

Bu gün kişilərin günüdür

19 noyabr bütün dünyada Beynəlxalq Kişilər Günüdür.

Publika.az xəbər verir ki, bu bayramı ilk dəfə 1999-cu ildə Karib dənizinin cənub hissəsində olan ada dövlətləri Trinidad və Tobaqo sakinləri keçiriblər.

Beynəlxalq Kişilər Gününün keçirilməsində məqsəd onların ailədə və uşaqların tərbiyəsində rolunu artırmaq və onlara qarşı olan diskriminasiyanın qarşısını almaq, kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır. Bu, kişilərə qarşı olan ayrıseçkiliyi nəzər çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və naliyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir.

Beynəlxalq Kişilər Günü 60-dan çox ölkədə qeyd olunur. Hazırda dünyanın bir çox ölkələrində bu günlə bağlı müxtəlif seminarlar, tədbirlər və dinc nümayişlər küçirirlər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm