Kərəm Həsənov Göyçayda qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Kərəm Həsənov Göyçayda qəbul keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Göyçay rayonunda növbəti vətəndaş qəbulu keçiriləcək.

Komitənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 27 noyabr 2015-ci il tarixində Göyçay rayonunda vətəndaş qəbulu keçiriləcəkdir. Qəbulda Göyçay, Ucar, Kürdəmir, Zərdab, İsmayıllı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaş qəbulu saat 11:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi:
(02021) 3-02-56, (02021) 3-02-76

Oxumağa davam et
Reklam
Reklam

Gündəm