Qırmızı.az
Hacı Şahin nardaranlılara müraciət etdi: “Xarici dövlətlərə uymayın”
“Nardaran hadisələrində xarici faktorun olduğunu istisna
etmək olmaz”.
Bunu Publika.az-a açıqlamasında Qafqaz
Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi
Dadaş” məscidinin axundu Şahin Həsənli deyib.
Onun sözlərinə görə, bir sıra dövlətlər din faktorundan istifadə
edərək cəmiyyətdə qarşıdurma yaratmaqda maraqlıdırlar: “Təbii ki,
hər şey araşdırmalar nəticəsində ortaya çıxacaq. Amma Nardaran
camaatı da diqqətli olmalı, hansısa qüvvələrin onların üzərindən
oyunlar oynamağına imkan verməməlidir”.
H. Şahin Nardaran camaatının dünən baş verən silahlı qarşıdurmadan
sonra kəndin mərkəzi meydanına toplaşmasına da münasibət
bildirib.
“İstənilən zorakılıq qəbuledilməzdir. Əslində zorakılığa əl atanlar
din barədə yetərincə məlumata sahib deyillər. Mən Nardaran
sakinlərinin tələblərinin nə olduğunu tam anlamıram. Hər hansı
narazılıq varsa, bunu hüquq müstəvisində qaldırmaq lazımdır. Müasir
dövrdə zorakı vasitələrdən istifadə yolverilməzdir. Bir daha
Nardaran sakinlərinə müraciət edirəm ki, hər hansı təxribatın
olmasına imkan verməsinlər. Dövlətin, xalqın mənafeyi nəzərə
alınmalıdır. İctimai-siyasi sabitlik hər bir vətəndaş, o cümlədən,
dindarlar üçün olduqca vacib dəyərdir. Həssas bir dönəmdə
yaşayırıq. Bu gün dünyada dövlətlər din faktorundan istifadə edib
başqa dövlətləri zəiflədir. Buna görə də, dindarlar həssas olmalı
və ölkədə kənar qüvvələrin təxribatlarının həyata keçməsinə imkan
verməməlidirlər”, - deyə QMİ rəsmisi vurğulayıb.
Asif Nərimanlı
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO