Qırmızı.az
Rumıniyada daha bir “SOCAR” yanacaqdoldurma məntəqəsi açılıb
Martın 21-də Rumıniyanın Macarıstanla sərhədində yerləşən Kluj şəhərində "SOCAR" brendi ilə fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqəsi (YDM) açılıb.
SOCAR-dan Trend-ə verilən məlumata
görə, açılış mərasimində Rumıniyanın sabiq Baş naziri, hazırda Kluj
şəhərinin meri Emil Bok, şəhər icra hakimiyyətinin əməkdaşları,
Rumıniyada yaşayan və təhsil alan Azərbaycanlılar, "SOCAR-
Petroleum" şirkətinin əməkdaşları, habelə yerli KİV nümayəndələri
iştirak ediblər.
Açılış mərasimində "SOCAR-Petroleum" şirkətinin rəhbəri Həmzə
Kərimov çıxış edib.
Bildirib ki, Kluj şəhərində yeni yanacaqdoldurma məntəqəsinin
açılması ilə "Socar Petroleum" şirkətinin Rumıniyanın Transilvaniya
bölgəsində genişlənməsi davam edir. Hazırda bu bölgədə şirkətin
daha bir neçə YDM-lərinin tikintisi davam edir ki, onlar da bu il
ərzində istifadəyə veriləcəkdir. 2014-cü ildə şirkət 8 yeni YDM
istifadəyə vermiş və bu genişlənmə dinamik tempdə davam edəcəkdir.
Bununlada işçilərimizin sayı 400 nəfəri keçib.
Geniş torpaq sahəsinə malik yeni
YDM-də Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli
yanacaq məhsullarının satışı həyata keçiriləcəkdir.
Məntəqələrdə 4 sayğac quraşdırılıb, bununla da 6 kiçik
avtonəqliyyat vasitəsinin və 2 iri tutumlu yük maşınının eyni
zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Burada,
həmçinin market, "NAR" kafe fəaliyyət göstərəcək,
müştərilərə 24 saat pulsuz internet xidməti təqdim olunacaqdır.
Bununla da Rumıniyada əhaliyə SOCAR brendi altında yüksək
keyfiyyətli xidmət göstərən YDM-lərin
sayı 27-yə çatıb.
Xatırladaq ki, Avropa Gənclər Paytaxtı adını qazanmaq uğrunda
keçirilən müsabiqədə səsvermə zamanı məhz Kluj şəhərinin
Azərbaycanı dəstəkləməsi və həlledici səsi Gəncənin 2016-cı ilin
Avropa paytaxtı seçilməsinə səbəb olub.
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda