Qırmızı.az
Macarıstanda Novruz şənliyindən FOTOLAR
Azərbaycanın Macarıstandakı səfirliyində Novruz şənliyi keçirilib.
Publika.az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, səfirlik əməkdaşlarının, Azərbaycan diasporu üzvlərinin və diplomatik korpus təmsilçilərinin iştirak etdiyi mərasimi səfir Vilayət Quliyev açıb. Novruzun tarixindən, ənənələrindən danışan səfir ölkəmizin hər yeni Novruzu bütün sahələrdə yaddaqalan uğurlarla qarşıladığını vurğulayaraq həmvətənlərimizi bayram münasibətilə təbrik edib.
Qonaqlar üçün səfirlik əməkdaşları xanımlarının və diaspor
üzvlərinin səyi ilə zəngin Azərbaycan süfrəsi açılıb. Milli geyimli
uşaqların hazırladığı konsert proqramı, milli rəqslər, "Tıq-tıq
xanım" tamaşası bayrama xüsusi rəng qatıb. Novruz haqqında
viktorina və xonça müsabiqəsi də mərasim iştirakçıları tərəfindən
xüsusi maraqla qarşılanıb.
Səfirliyin həyətində qalanan kiçik Novruz tonqalı da bayramın
ayrılmaz atributlarından biri kimi hər kəsdə, xüsusən də bütün
həyatını Macarıstanda yaşayan həmvətənlərimiz arasında sevinc və
ruh yüksəkliyi yaradıb.
Hazırda Budapeştdə silsilə konsert proqramları ilə çıxış edən
tanınmış pianoçu, Azərbaycanın xalq artisti Yeganə Axundovanın
ustalıqla ifa etdiyi musiqi parçaları bayram mərasiminə xüsusi
yaraşıq verib.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı