Sabah 12 kənddə qaz olmayacaq
Bizi izləyin

Qırmızı.az

Sabah 12 kənddə qaz olmayacaq

Ağdam magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Publika.az SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 18-də saat 14:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdam magistral qaz kəmərləri sahəsinin “Azadqaraqoyunlu” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Ağdam rayonunun “Dörd yol”, Təzəkənd və Ayaqdərbənd, Bərdə rayonunun Şahvəlilər, Piyadalar və Xanərəb, eləcə də Tərtər rayonunun Qapanlı-1, Qapanlı-2, Düyərli, Əksipara, Qazıyan və Səhlabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm