Qırmızı.az
Ana özünü asan oğlunu xilas etdi
Kəndiri kəsən kimi övladına süni nəfəs verib.Ağcabədi rayonunda 15 yaşlı oğlan özünü asaraq intihara cəhd edib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Pərioğullar kəndində baş verib.
Kənd sakini 15 yaşlı R.M yaşadığı evdə özünü asıb. Bir neçə dəqiqə sonra xırıltı səsi eşidən məktəblinin anası otağa daxil olub və özünü asan oğlunu görüb. Qadın dərhal bıçaqla kəndiri kəsib və oğluna yardım göstərib. Həyətdən R.M-in qardaşı və qonşular da haraya gəlib. Yeniyetmə avtomobil ilə Ağcabədi rayon Mərkəzi xəstəxanasına gətirilib.
Özünü asan oğlanın anası kəndiri kəsən kimi övladına süni nəfəs verib. Qadın yolda olarkən maşında da oğluna süni nəfəs verərək onun həyatda qalmasına kömək edib. Həkimlər bildiriblər ki, əgər R.M xstəxanaya bir neçə dəqiqə gec çatdırılsaydı və anası ona süni nəfəs verməsəydi yeniyetməni xilas etmək mümkün olmazdı.
Hazırda xəstəxanada olan 10-cu sinif şagirdinin vəziyyətim orta-ağırdır.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...