Ronaldo "7" sevgisi ilə bu brendi də yaratdı: Məhdud sayda olacaq
Bizi izləyin

İdman

Ronaldo "7" sevgisi ilə bu brendi də yaratdı: Məhdud sayda olacaq

"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo daha bir biznes layihəsini reallaşdırıb.

Publika.az xəbər verir ki, ötən ilin mayında 777-ci qolunu vuran portuqaliyalı forvard bunu əbədiləşdirmək qərarına gəlib. Ümumiyyətlə 7 rəqəmi onu bütün həyat, biznesi və karyerası boyunca müşayət edib. Buna görə də yeddilərdən ibarət daha bir brend yaradıb.

Ronaldo bacısı Elma Aveyro ilə "777" adlı içkinin istehsalına başlayıb. Şampan Reims şəhəri yaxınlığında yerləşən "Klement Viktorin Canvri" evi tərəfindən istehsal edilub.

Bu şampanı yaratmaq üçün 2016-cı ildə "Pinot Noir" və "Chardonnay" üzümlərinin bərabər hissələri qarışdırılıb. Dəbdəbəli içki 777 şüşədən ibarət məhdud tirajla buraxılıb. Bir şüşənin qiyməti simvolik olaraq 1777 avrodur.

Maraq üçün qeyd edək ki, bütün şampanların satışından 1,38 milyon avro qazanc əldə edilməsi planlaşdırılıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm