Qırmızı.az
Bakıda avtomobillərin küçələrdə dayanmasının qarşısı tam alınacaq
Bakı 2015 I Avropa Olimpiya Oyunlarına hazırlaşır. Bununla
bağlı Bakıda yol kənarlarında avtomobil saxlayanlara qarşı reydlərə
başlanılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi Vaqif Əsədovun AzadlıqRadiosuna verdiyi məlumata
görə, Bakıda süni tıxacın, avtomobillərin hərəkətini
məhdudlaşdırmanın qarşısını almaq üçün Bakının dayanma, durma və
parklama qadağası olan yerlərdə avtomobil saxlayanlara qarşı ciddi
reydlər başlanıb:
“10 gündür bu reydlər, özəlliklə, gücləndirilib. Bu 10 gündə 3 min
800 sürücü məsuliyyətə cəlb olunub. 136 sürücü 4 dəfə, 85 sürücü 2
dəfə eyni xətanı təkrarən ediblər. Paytaxtın mərkəzi küçələrində
süni tıxacları, sıxlığı aradan qaldırmaq üçün bu reydlər müntəzəm
keçiriləcək. Çalışacayıq 2015 I Avropa Olimpiya oyunlarınacan
sürücülər qadağan olunmuş yerlərdə avtomobil saxlamasınlar”.
Bakıda ümumilikdə 7 avtomobil dayanacağı var. Bu dayanacaqlarda 1
saatlıq avtopark 1 manat, yerləşmə yerinə görə, günlük parkinq 5-10
manat, aylıq abunə haqqı ortalama 200 manatdır.
Qadağan olunmuş yerlərdə avtomobil saxlayanlara qarşı cərimə 40
manatdır.
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi