Nazirin qardaşı oğlu işdən çıxarıldı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Nazirin qardaşı oğlu işdən çıxarıldı (YENİLƏNİB)

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

“Report” xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Natiq Camalov işdən çıxarılaraq sərəncama götürülüb.

Onun yerinə hələ təyinat olmayıb.

9-cu Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini, polis mayoru Amil Qurbanova tapşırılıb.

Qeyd edək ki, N.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

APA-nın məlumatına görə, Ramil Usubovun digər əmri ilə Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov da tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə N. Qasımov Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm