Bakıda bank qarşısında izdiham - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda bank qarşısında izdiham - FOTOLAR

Bu gün səhər saatlarında Bakıda “Azər Türk Bank” ASC -nin Nəsimi filialı qarşısında müştəri sıxlığı yaşanıb.

Publika.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bankın qarşısında uzun növbə yaranıb. Sıxlığa səbəbsə burada dollar satışı həyata keçirilməsi olub. Vəziyyətə mühafizə xidməti nəzarət edir.

Xatırladaq ki, ikinci devalvasiya dalğasından sonra dollara artan süni tələbat bəzi problemlərə yol açıb. Nəticədə, Azərbaycanda fəaliyyət göstərən bəzi banklar və valyutadəyişmə məntəqələri dolların satışını dayandırıb.

Hökumət vəziyyətin normallaşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir, eyni zamanda vəziyyətdən istifadə edən bəzi işbazlara qarşı da tədbirlər görülür.

Elçin MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm