Qırmızı.az
Elman Mehdiyev Beynəlxalq Valyuta Fondunun sədri ilə görüşdü - FOTO
Dövlət Sosial Müdafiə Fondunda Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizdə səfərdə olan missiyası ilə görüş keçirilib.
Fondun mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, Mohammed El Qorçinin rəhbərlik etdiyi missiya ilə
Azərbaycanda pensiya islahatları və sığorta-pensiya sisteminin
perspektiv inkişaf hədəfləri müzakirə olunub. Görüşdə Dövlət Sosial
Müdafiə Fondunun sədri Elman Mehdiyev Fondun fəaliyyəti və
ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə
ətraflı məlumat verib.
Elman Mehdiyev bildirib ki, president İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət
nəticələrin əldə olunmasına şərait yaradıb, Azərbaycanda
yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının
yüksəldilməsində ciddi uğurlar qazanılıb. Eləcə də müasir
prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə
mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyası prioritet
kimi təyin olunmuş, ölkə iqtisadiyyatının inkişafına uyğun sosial
sığortaya cəlb olunan gəlirlərin artımı pensiya sisteminin maliyyə
dayanıqlığını əhəmiyyətli şəkildə yüksəltmişdir. İqtisadi inkişafa
uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş
yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına
2003-2015-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə
daxil olmuş sosial sığorta haqlarının məbləği 9 dəfədən çox
artmışdır. Bu artımların, eləcə də pensiyaçıların sosial
müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi
hesabına pensiya xərclərinin ölkənin ümumi daxili məhsula olan
nisbəti əhəmiyyətli şəkildə yüksəlmiş, 2003-cü ildə 3,9 faiz təşkil
etdiyi halda, 2015-ci ildə 5,1 faizə çatmışdır.
Elman Mehdiyev vurğulayıb ki, dünyada proqnozlaşdırılması çətin
olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə bütün sosial proqramlar vaxtında
reallaşdırılır, o cümlədən əhalinin sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri davam etdirilir. Bu gün ölkəmizin
iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin müasir
prinsiplər əsasında əlaqələndirilməsini təmin edən sığorta-pensiya
sistemi kifayət qədər maliyyə dayanıqlığına malikdir və bunu ötən
dövrdəki fəaliyyət göstəriciləri bir daha təsdiq edir.
Bütün bunlarla yanaşı, dünyanın sosial-iqtisadi mənzərəsində baş verən dəyişikliklər müasir çağırışları şərtləndirir və əldə olunmuş inkişafın yeni mərhələdə daha da genişləndirilməsi üçün müvafiq tədbirlərin reallaşdırılması zərurətə çevrilir. Göstərilənlərlə əlaqədar Azərbaycanın milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılmasını hədəfləyən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” sığorta-pensiya sistemini iqtisadiyyatın mühüm həlqəsi kimi nəzərdən keçirir, dövlət və özəl pensiya sistemləri ilə maliyyə bazarları arasında sıx qarşılıqlı əlaqənin təmin edilməsini növbəti mərhələdə əsas prioritet kimi müəyyənləşdirir. Bunların nəticəsi kimi perspektiv dövrdə pensiya islahatları bir tərəfdən mühüm maliyyə-iqtisadi vəzifələrin həllinə, digər tərəfdən isə bilavasitə pensiya təminatı problemlərinin tənzimləməsinə xidmət edəcək.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR