
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub.
Publika.az xəbər verir ki, Ermənistan
Respublikası İcevan rayonunun Berkaber, Paravakar, Noyemberyan
rayonunun Voskepar, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Məzəm kəndlərində
və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndində yerləşən
mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli kəndlərində,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx,
Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli,
Kəngərli, Sarıcalı, Şuraabad, Yusifcanlı, Qaraqaşlı, Mərzili,
Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz,
Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun
Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd,
Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə
tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 122 dəfə atəş zərbəsi endirib.