Bu universitetdə maaşlar artırıldı
Bizi izləyin

Qırmızı.az

Bu universitetdə maaşlar artırıldı

Azərbaycan Dillər Universitetinin əməkdaşlarının əmək haqları artırılıb.

ADU-dan Publika.az-a verilən məlumata görə, universitetin Elmi Şurasının bugünkü iclasında bu barədə qərar qəbul edilib.

Bu addım ödənişli əsaslarla təhsil alan tələbələrin ödənişi, universitetin beynəlxalq və yerli layihələrdə qazandığı vəsait, əməkdaşlarının sayının azaldılması və tələbə-müəllim nisbətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının nəticəsidir.

Elmi Şuranın qərarına əsasən universitetdə çalışan 300 nəfərə yaxın əməkdaşların (laborant, baş laborant, mütəxəssis, baş mütəxəssis, xadimə, rejissor, fotoqraf və sair), həmçinin universitetdə aylıq əməkhaqqı az olan əməkdaşların maaşları fevral ayının 1-dən etibarən artımla veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm