
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib.
“Report”un xəbərinə görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparılır.
Qeyd edək ki, E.Nağızadə beş ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, bu ilin yanvar ayında vəzifəsindən azad edilib.
***
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadənin işdən çıxarılmasının səbəbi onun 150 min dollarlıq dələduzluqda ittiham edilməsi barədə səslənən iddialarla bağlı olmayıb. Bu barədə Trend-ə TQDK-dan məlumat verilib.
Komissiyadan deyilib ki, E.Nağızadə ailə vəziyyətinə görə öz ərizəsi ilə işdən azad edilib.
TQDK-dan bildiriblər ki, ötən il dekabrın ortalarında müqaviləsinə xitam verilən E.Nağızadənin işlədiyi dövr ərzində dələduzluq etməsi ilə bağlı hər hansı quruma şikayət də daxil olmayıb: “Elnur Nağızadə barəsində səslənən iddiaları hüquq-mühafizə orqanları araşdırmalıdır”.
***
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK)
dələduzluqda ittiham olunan keçmiş işçisi özü haqda yayılan
məlumatı əsassız adlandırıb.
TQDK-nın mətbuat xidmətinin keçmiş rəhbəri Elnur Nağızadə 150 min dollarlıq dələduzluq etməsi barədə ittihamdan xəbərsiz olduğunu bildirib.
“Bu haqda xəbərim yoxdur. İlk olaraq sizdən eşidirəm. Yalan
informasiyadır”. (modern.az)