Qırmızı.az
Xroniki böyrək çatışmazlığı olanlar üçün yeni proqram təsdiqləndi
Nazirlər Kabineti 2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramını təsdiqləyib.
Publika.az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, proqrama uyğun olaraq, xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi, böyrəklərin xroniki patologiyası olan şəxslərin vaxtında aşkar edilməsi və onların tam həcmdə tibbi yardımla, o cümlədən hemodializ müalicəsi ilə təmin edilməsi, xroniki böyrək çatışmazlığı üzrə ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartlarının müəyyən edilməsi həyata keçiriləcək.
Bununla yanaşı, Bakıda və regionlarda hemodializ mərkəzləri şəbəkəsinin genişləndirilməsi, ehtiyacı olan xəstələr üzərində böyrəkköçürmə əməliyyatlarının həyata keçirilməsi, xroniki böyrək çatışmazlığı nəticəsində əmək qabiliyyətini itirmiş şəxslərin tibbi-sosial reabilitasiyası işinin yaxşılaşdırılması, nefrologiya sahəsində mütəxəssislərin hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılması işləri aparılacaq.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək