Qırmızı.az
Azərbaycanda avtomobillərin zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu barədə cədvələ dəyişiklik edilib
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 636-2012 "Yol nəqliyyatı. Ekoloji siniflər" dövlət standartına dəyişiklik təsdiq edilib.
Komitədən verilən məlumata görə, dəyişikliyin tətbiq vaxtı 1 aprel 2014-cü il tarixdən müəyyən edilib. Əmrə əsasən avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu barədə cədvələ dəyişiklik edilib.
Xatırladaq ki, "Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə" Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Qərarına əsasən, 1 aprel 2014-cü il tarixindən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələlərindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq ediləcək. 1 aprel 2014-cü il tarixindən Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların Avro-4 ekoloji normalara uyğun olması əsas götürüləcək.
Avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu
Nəqliyyat vasitəsinin mənşə ölkəsi |
Nəqliyyat vasitələrinin buraxılış illəri |
|||
Ekoloji siniflərə görə texniki reqlamentlərin tələblərinə uyğun gələn |
||||
2 |
3 |
4 |
5 |
|
Avropa İttifaqına daxil olan ölkələr, benzin |
1997-2000 |
2001-2004 |
2005-dən |
01.10.2009-dan |
Avropa İttifaqına daxil olan ölkələr, dizel |
1997 - 2001 |
2002 - 2004 |
2005-dən |
01.10.2009- dan |
ABŞ |
1996 - 2000 |
2001 - 2003 |
2004-dən |
|
Yaponiya |
1998-2004 |
2005 - 2010 |
2011-dən |
0 |
Çin |
2004-2007 |
2008-dən |
2011-dən |
- |
Koreya |
2001-2002 |
2003-2005 |
2006-dan |
- |
Ukrayna, M kateqoriyalı |
2006-dan |
2010-dan |
2014-dən |
- |
Ukrayna, N kateqoriyalı |
2007-dən |
2010-dan |
2014-dən |
- |
Belarus |
2006-2007 |
2008-dən |
2014-dən |
- |
Özbəkistan |
2007-2009 |
2010-dan |
2012-dən |
- |
Qazaxıstan |
2006-2011 |
2012-dən |
2014-dən |
- |
Rusiya |
2006-2007 |
2008-dən |
2013-dən |
2014-dən |
Türkiyə |
- |
- |
2009-dan |
- |
İran |
2009-dan |
- |
- |
- |
Avropa İttifaqına daxildir: Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Çexiya, Bolqarıstan, Rumıniya, İsveç və Estoniya.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək