Bu qurbanların ətindən onu kəsdirən yeyə bilməz - QMİ
Bizi izləyin

Qırmızı.az

Bu qurbanların ətindən onu kəsdirən yeyə bilməz - QMİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəzir qurbanı kəsdirən şəxs və onun yaxın ailə üzvlərinin bu ətdən yeyib-yeməməsi ilə əlaqədar sualı cavablandırıb.

Publika.az-ın məlumatına görə, suala cavab olaraq bildirilir ki, İslam şəriətinə əsasən, yalnız iki qurbanın ətindən onu kəsdirən yeyə bilməz. Onlardan biri kəffarə qurbanı, digəri isə körpə dünyaya gələrkən kəsilən qurbandır:

“Kəffarə qurbanı yalnız yoxsullara verilməlidir. Körpə üçün kəsilən qurbanın ətindən isə körpənin ata və anasının yeməsi qadağandır. Digər qurbanların, o cümlədən Qurban bayramı günündə kəsilən qurbanın, nəzir qurbanı, eləcə də başqa qurbanların ətindən yemək halaldır və heç bir günahı yoxdur. Xüsusilə Qurban bayramında kəsilən qurbanın ətindən yemək halallıqdan əlavə, həm də müstəhəbdir və bəyənilir”, - məlumatda belə deyilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm