Qırmızı.az
Azərbaycanda cəzaçəkmə müəssisələrində ən çox hansı xəstəliklər yayılıb?
Azərbaycanın penitensiar müəssisələrdə ən çox yayılmış xəstəliklərin adları açıqlanıb.
Trend-in məlumatına görə, jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, ədliyyə general-mayoru Rəfail Mehdiyev penitensiar müəssisələrdə ən çox yayılmış xəstəliklərin adlarını açıqlayıb.
İdarə rəisinin sözlərinə görə, cəzaçəkmə müəssisələri də
cəmiyyətin bir hissəsidir və cəmiyyətdə hansı xəstəliklər daha çox
müşahidə olunursa, cəzaçəkmə müəssisələrində də həmin xəstəliklərə
daha çox rast gəlinir: "Bunlar ürək-damar sistemi və onkoloji
xəstəliklərdır. Yoluxucu xəstəliklər də mövcuddur. Bu sırada vərəmə
və HİV-ə yoluxmuş xəstələr də var. Onların hər birinə qarşı
cəzaçəkmə müəssisələrində adekvat tibbi tədbirlər görülür".
R.Mehdiyev qeyd edib ki, onların müalicəsi üçün tam şərait
mövcuddur və bu şərait getdikcə təkmilləşir. Buna nümunə kimi yeni
tikilən cəzaçəkmə müəssisələrini və tətbiq olunan yeni müalicə
metodlarını, o cümlədən əldə edilmiş uğurlu nəticələri göstərmək
olar.
O, həmçinin bildirib ki, 2013-cü ildə 10 məhbus xəstəliyinə görə azadlığa buraxılıb.
İdarə rəisi cəzaçəkmə müəssisələrində ölüm hallarının ilbəil azaldığını da vurğulayıb.
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək