Qırmızı.az
Sabah yağış yağacaq, duman olacaq - PROQNOZ
Fevralın 29-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, sabaha zəif duman, gündüz dəyişkən buludlu olacağı ehtimal edilir, əsasən yağmursuz keçəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacağı təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi bildirilir. Ayrı-ayrı yerlərdə duman proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 4-9° isti gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Duman olacaq, arabir güclənəcək qərb küləyi əsəcək. Temperatur gecə 2-7° isti, gündüz 11-16° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında da yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Dağlarda duman, ayrı-ayrı yerlərdə arabir güclənəcək şimal-şərq küləyi proqnozlaşdırılır. Temperatur gecə 5-7°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti təşkil edəcək.
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərin anım günü keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ