Qobustanda narkotik satan 2 nəfər saxlanıldı
Bizi izləyin

Sosial

Qobustanda narkotik satan 2 nəfər saxlanıldı

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuşlar – Elşən Əsgərov və Füzuli Tağıyev saxlanılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, F.Tağıyevdən marixuana, E.Əsgərovdan isə metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm