Yol polisi qadın sürücünü döydü və... - VİDEO
Bizi izləyin

Qırmızı.az

Yol polisi qadın sürücünü döydü və... - VİDEO

Bakıda Dövlət Yol Polisi əməkdaşı ilə xanım sürücü arasında insident yaşanıb.


AzNews.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, 99 FH 475 nömrə nişanlı avtomobilin xanım sürücüsü polis əməkdaşını avtomobilindən uzaqlaşdırmağa çalışıb. Lakin 99 YP 497 nömrə nişanlı YPX ekipajının əməkdaşı olduğu bilinən Əlövsət adlı polis xanım sürücüyə qarşı kobudluq edib, hətta onu vuraraq yıxıb. Daha sonra isə polis avtomobilə ön pəncərədən minib.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsi Bakıda polislə qadın sürücü arasında baş verən insidentə münasibət bildirib. İdarənin İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov "Report"a bildirib ki, 99 YP 497 nömrəli avtomobili ilə Xətai rayon ərazisində xidmət aparan yol polisləri xidmət zamanı 99 FH 475 dövlət nömrə nişanlı avtomobilin qabaq sağ qanadının əzilməsi faktını aşkarlayıb: "Eyni zamanda, müşahidə edilən zaman həmin avtomobil sürücüsünün Nəcəfqulu Rəfiyev küçəsi ilə Babək prospektinin kəsişməsində yol verməməsini aşkarlayıb. Eyni zamanda, "Saxla!" işarəsi versə də, sükan arxasında olan sürücü xanım avtomobili saxlamadan hərəkətini davam etdirib.

Avtomobili saxlamadan hərəkət edən sürücü "Saxla!" işarəsinə ikinci dəfə də məhəl qoymayıb.

Görülmüş tədbirlər nəticəsində Süleyman Vəzirov küçəsində həmin sürücü məcburən saxlanılıb. Sürücü saxlanılan zaman ondan sənəd istənilib. Xanım sürücü sənədsiz olduğunu bildirib, eyni zamanda, çox pis söyüşlərlə yol polisini təhqir edib. O, yol polisinin sifətinə dırnaqları ilə xəsarət yetirib.

Videosüjetdə göstərldiyi kimi xanım yıxılır. Bu, o deməkdir ki, həmin qadın yol polisinə cırmaq atanda yol polisi özünü müdafiə edib. Bundan sonra, videogörüntülərdə də göründüyü kimi, sürücü xanım qaçmaq üçün yenidən maşına əyləşib qaçmağa cəhd göstərsə də, polis pəncərənin açıq olmasından istifadə edərək onu saxlamağa məcbur olub.

Ümumiyyətlə, bu mənzərədən sonra sürücü xanım və yanında əyləşən kişi - ilkin məlumatlara görə, onun həyat yoldaşıdır - Xətai Rayon Məhkəməsinin qərarı əsasında hər biri 200 manat cərimə olunub. Polis isə hazırda ona yetirilən xəsarətlə əlaqədar hospitaldadır.

Faktla bağlı araşdırmalar davam etdirilir".

V.Əsədov əlavə edib ki, hadisə şahidləri Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinə (PB) dəvət olunub: "Hazırda şahidlər dindirilir. Qadın sürücünün bu hərəkəti yolverilməzdir, ilk növbədə xanıma yaraşan iş deyil. İkincisi, polisə qarşı bu dərəcədə aqressiv olmaq olmaz".

Polis əməkdaşının qanunsuz hərəkətlərini əks etdirən videogörüntüləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm